Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN SANDAÇILARI DÜNYA ÇEMPİONATINDA ÜÇ QIZIL MEDAL QAZANIBLAR

İtaliyanın Karrara şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatına yekun vurulub.

Çempionatda ölkəmizi 12 idmançı təmsil edib.

Mundialda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin 3 idmançısı mükafatçılar sırasında yer alıb. Sanda döyüşlərində böyüklərin mübarizəsində 56 kiloqram çəki dərəcəsində yarışan üçqat Avropa çempionu, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Elçin Eminov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklərin mübarizəsində 65 kiloqram çəkidə Atilla Həsənsoy da uğurla çıxış edərək qızıl medala sahib olub.

Turnirdə 14-15 yaşlı idmançıların yarışında Fətəli İsmayılov (56 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq ikiqat dünya çempionu adını qazanıb.

BAKI. 06.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010