Banerlər
Xəbərlər

 

MURMANSKDA MİLLİ MƏDƏNİYYƏTLƏR FESTİVALI KEÇİRİLİB

Murmanskda Xalq Birliyi Gününə həsr edilmiş “Kola Zapolyaryesinin bayrağında milli naxışlar” adlı milli mədəniyyətlər festivalı keçirilib.

Murmanskdakı “Azərbaycan” milli-mədəni muxtariyyətinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov bildirib ki, tədbir xalq mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğ edilməsi, vilayətin ərazisində yaşayan xalqlar arasında dostluğun və mədəni əlaqələrin genişləndirilməsi, etnoslararası və millətlərarası ünsiyyətin möhkəmlədilməsi məqsədilə təşkil edilir.

Festivalda milli mədəni birliklər və etnomədəniyyət istiqamətlərini təmsil edən qruplar, ənənəvi xalq mədəniyyətinin qorunub saxlanılması ilə məşğul olan milli-mədəni birliklərin kollektivləri, həmçinin Murmansk vilayətində yaşayan milli diasporların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tədbirdə Murmansk vilayətindəki “Azərbaycan” milli-mədəni muxtariyyətinin və RAGB-in yerli nümayəndəliyinin fəal üzvləri olan həmyerlilərimiz də iştirak ediblər.

BAKI. 05.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010