Banerlər
Xəbərlər

 

“ŞİMAL-CƏNUB” NƏQLİYYAT DƏHLİZİ BOYUNCA İNFRASTRUKTURUN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLİB

Rusiyanın Şimali Qafqaz işləri naziri Sergey Çebotaryov İranın bu ölkədəki səfiri Mehdi Sanai ilə görüşüb. Görüşdə İran, Rusiya və Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində infrastrukturun inkişafı məsələləri də müzakirə olunub.

Görüşdə elm və təhsil sahəsində əməkdaşlıq, İran, Rusiya və Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı, Xəzər hövzəsindəki dəniz limanlarının inkişafına dair tədbirlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Çebotaryov bildirib ki, hazırda Rusiya ilə İran arasında əmtəə dövriyyəsi 1,7 milyard dollara yaxındır və bu göstərici gələcəkdə daha artacaq. Biz çalışırıq ki, İran Rusiyanın on başlıca tərəfdaşı siyahısına daxil olsun.

İran səfiri 2017-ci ildə Şimali Osetiya-Alaniya Respublikasında “Şimali Qafqaz və İran: əməkdaşlıq tarixi və perspektivləri” mövzusunda keçirilən konfransın əhəmiyyətini vurğulayıb, gələn il İranda belə forumun təşkil olunmasını təklif edib.

BAKI. 05.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010