Banerlər
Xəbərlər

 

“YARAT” DA AKTYOR TƏLIMLƏRI KEÇIRILƏCƏK

Noyabrın 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində teatr və kino aktyoru, rejissor, ssenarist, musiqiçi, pedaqoq, Peşəkar Aktyor Təlimi məktəbinin təsisçisi Aleksandr Dzübanın rəhbərliyi ilə aktyor təlimləri keçiriləcək.

17 yaşdan yuxarı insanların qatıla biləcəyi təlimlərdə say məhdudiyyəti 25 nəfərdir. Təliminin müəllifi Aleksandr Dzüba, iştirakçılara hərtərəfli düşünülmüş, çevik tapşırıqlar sistemini təqdim edəcək. Bu tapşırıqlar özünüzlə üz-üzə görüşməyə imkan verir, daha sonra, sizi öz “sərhədlərinizdən” kənara çıxaracaq və ən nəhayət, sizi büsbütün dəyişəcək. Müəllifə öz təlimini düşünüb tapmaq, ölçüb-biçmək, hesablamaq və həyata keçirmək üçün iyirmi ildən çox vaxt lazım olub. Peşəkar aktyor üsulları və texnikaları iştirakçılar üçün yeni, bəzənsə gözlənilməz rollara alışmağa imkan verəcək.

BAKI. 09.10.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010