Banerlər
Xəbərlər

 

UKRAYNA VƏ YAPONİYA CÜDOÇULARI BAKIDA KEÇİRİLƏN DÜNYA ÇEMPİONATININ İLK GÜNÜNDƏ QIZIL MEDAL QAZANIBLAR

Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatına start verilib.

Sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

Çempionatın ilk günündə 60 kiloqram çəki dərəcəsində kişilər, 48 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar. Ölkəmizi bu çəki dərəcəsində Orxan Səfərov, Kəramət Hüseynov və Aişə Qurbanlı təmsil ediblər. Turnirin ilk günündə Azərbaycan cüdoçuları mükafatçılar sırasında yer ala bilməyiblər.

Qadınların yarışında final görüşündə yaponiyalı Funa Tonakini məğlub edən ukraynalı Daria Bilodid dünya çempionu adını qazanıb. Argentinalı Paula Pareto və Qazaxıstan cüdoçusu Otqont Qalbadrax yarışı üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində isə Rusiya idmançısı Robert Mşvidobadzeyə qalib gələn yaponiyalı Naohisa Takato fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yaponiyanın digər təmsilçisi Ryuju Naqayama və gürcüstanlı Amiran Papinaşvili mundialın bürünc medalını qazanıblar.

Sonra mükafatlandırma mərasimi olub.

Çempionatın ikinci günündə - sentyabrın 21-də 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxacaqlar. Ölkəmizi Nicat Şıxəlizadə və Buyanxsinq Purevsuren təmsil edəcəklər.

BAKI. 21.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9254
Rusiya rublu
0.0256
Hava proqnozu
+11°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010