Banerlər
Xəbərlər

 

BAKIDA KEÇİRİLƏCƏK DÜNYA ÇEMPİONATI İLƏ ƏLAQƏDAR İNCƏSƏNƏT VƏ İDMAN SƏRGİSİ TƏŞKİL OLUNUB

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə əlaqədar incəsənət və idman sərgisi təşkil olunub.

Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, qurumun vitse-prezidenti Sadıq Sadıqov, Avropa Olimpiya Komitələrinin sabiq prezidenti Patrik Hikki, IJF İcraiyyə Komitəsinin üzvləri və digər şəxslər iştirak ediblər.

Sərgidə polşalı Monika Qloviçki, rusiyalı Yelizaveta Aleksandrova, fransalı Raymon Pule, rumıniyalı Yevgen Vasile və ingiltərəli Neyl Ekkersli, eləcə də azərbaycanlı Bəhram Bağırzadə, Cəsar Məmmədov, Rahib Qarayev, Zamiq Rzayev və Aynur Sakitqızının əsərləri nümayiş olunub.

Tədbirdə çıxış edən Marius Vizer qonaqları salamladıqdan sonra sərgidə əsərləri nümayiş olunan incəsənət xadimlərini təqdim edib. Qurumun rəhbəri cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Rövnəq Abdullayev isə cüdo və incəsənətin çox yaxşı vəhdət təşkil etdiyini söyləyib: “Bu gün görkəmli incəsənət xadimlərinin əsərləri sərgiyə qoyulub. Burada cüdo ailəsinin incəsənət aləmi ilə birləşməsini görürük. Cüdo da bir incəsənət, fəlsəfədir. Bu iki incəsənətin vəhdəti çox yaxşı alınıb. Azərbaycan cüdosu ilə yanaşı, incəsənəti ilə də tanış olmağınızı istəyirəm”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.

BAKI. 19.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010