Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN-QƏTƏR ƏMƏKDAŞLIĞININ İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Sentyabrın 17-də Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb.

Səfirlikdən bildiriblər ki, görüşdə səfir investisiya fəaliyyətinin təşviqi və xarici investorların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verib, qarşılıqlı investisiyaların cəlb edilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin göstərilməsi və iş adamları arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Saleh Bin Həməd Al Şərqi, öz növbəsində, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcudluğunu bildirib, bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını qeyd edib.

BAKI. 18.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9254
Rusiya rublu
0.0256
Hava proqnozu
+11°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010