Banerlər
Xəbərlər

 

SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ MİNSKDƏ ÜÇÜNCÜ OLUBLAR

Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdə sərbəst güləş üzrə yığmamız komanda hesabında 3-cü yeri tutub.

Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynovla Arif Abdullayevin rəhbərliyi altında Şərif Şərifov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qızıl, Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Murad Süleymanov (86 kq) gümüş, Murtuzəli Müslimov (70 kq) isə bürünc medal qazanıblar. Millimiz bu nəticələrlə 126 xal toplayıb və 3-cü yeri tutub. Komandamız yalnız Rusiya (177) və Belarusdan (169) geri qalıb.

Qadınlardardan ibarət millimiz isə komanda hesabında 4-cü pillədə qərarlaşıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (53 kq), Tatyana Omelçenko (59 kq) gümüş, Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medal əldə ediblər. Yekunda yığmamız 93 xal toplayıb. Komandamızı Çin (164), Rusiya (151) və Belarus (95) qabaqlayıb.

BAKI. 18.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9254
Rusiya rublu
0.0256
Hava proqnozu
+11°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010