Banerlər
Xəbərlər

 

AZƏRBAYCANLA BEYNƏLXALQ ENERJİ AGENTLİYİNİN ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ NƏZƏRDƏN KEÇİRİLİB

Azərbaycanla Beynəlxalq Enerji Agentliyinin (IEA) əməkdaşlığının perspektivləri nəzərdən keçirilib.

Sentyabrın 12-də şirkətin prezidenti Rövnəq Abdullayev Azərbaycanda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Görüşdə Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarlarının inkişaf tendensiyaları, habelə SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi və bu ildə artıq istismara verilən böyük sənaye layihələri ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan və SOCAR-ın qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb. Həmçinin Azərbaycanla Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

R.Abdullayev Azərbaycanın Avropanın qlobal enerji təhlükəsizliyi çərçivəsində mühüm rol oynadığını, Cənub Qaz Dəhlizinin həm Azərbaycanın qaz ixrac marşrutlarının, həm də Avropada qaz təchizatının mənbələrinin şaxələnməsində mühüm rol oynadığını vurğulayıb: “Dünyanın ən böyük və mürəkkəb sənaye layihələrindən biri olan Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi nəticəsində təbii qaz Xəzər hövzəsindən Avropa bazarına nəql olunacaq. Cənub Qaz Dəhlizi dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağından təbii qazı beynəlxalq bazarlara çıxarmaqla yanaşı, həm də üçüncü tərəflərdən də əlavə qaz həcmlərini qəbul etmək imkanına malikdir”.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru F.Birol dünya neft və qaz bazarının inkişaf perspektivlərinə dair bildirib ki, neft, qaz və neft-kimya məhsullarına qlobal tələbatın artımı fonunda neft-qaz resurslarının hasilatı və emalı Azərbaycan üçün də gələcəkdə böyük əhəmiyyət kəsb edəcək.

BAKI. 13.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010