Banerlər
Xəbərlər

 

BU GÜN AZƏRBAYCAN MİLLİ KOMANDASI UEFA MİLLƏTLƏR LİQASINDA İLK OYUNUNU KEÇİRƏCƏK

Sentyabrın 7-də futbol üzrə Azərbaycan milli komandası UEFA-nın təsis etdiyi qitə miqyaslı yeni futbol turnirində - Millətlər Liqasında ilk oyununu keçirəcək.

“D” liqasının üçüncü qrupunda qərarlaşan Azərbaycan millisi Kosovo yığması ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Norveçli referi Ola Hobber Nilsenin idarə edəcəyi matç “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Milli komandamızın yer aldığı qrupun digər görüşündə Farer Adaları seçməsi Malta yığmasını qəbul edəcək.

Günün maraqla gözlənilən digər oyunu “Şenol Güneş Akyazı” stadionunda keçiriləcək. “B” liqasının 2-ci qrupunda yer alan Türkiyə millisi Rusiya yığmasını qəbul edəcək.

“A” liqasının üçüncü qrupunda Polşa yığması dördqat dünya çempionu İtaliya millisinin qonağı olacaq.

Digər üç görüş isə “C” liqasında yer alan komandalar arasında keçiriləcək. Bu liqanın 1-ci qrupunda yer alan Albaniya yığması İsrail millisini qəbul edəcək. Liqanın 4-cü qrupunda isə Litva-Serbiya, Rumıniya-Monteneqro görüşləri keçiriləcək.

Azərbaycan-Kosovo matçından başqa bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

BAKI. 07.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010