Banerlər
Xəbərlər

 

KOLİNDA QRABAR-KİTAROVİÇ: XORVATİYA AZƏRBAYCANIN REALLAŞDIRDIĞI QAZ BORU KƏMƏRİ LAYİHƏSİNDƏ İŞTİRAK ETMƏK İSTƏYİR

Xorvatiya Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində iştirak etmək istəyir.

Bu sözləri sentyabrın 6-da Zaqrebdə Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”, - deyə Kolinda Qrabar-Kitaroviç bildirib.

BAKI. 07.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010