Mədəniyyət Nazirlikdən bildirilib ki, müsabiqənin münsiflər heyətində ABŞ, Fransa, Çexiya, İtaliya, Rusiya, Almaniya, Norveç və Polşadan olan Eduard Qraç, Pyer Amoyal, Marko Ritsi, Jerrom Perno, Kirill Trussov, Linn Çanq, İvan Ştraus, Zvi Karmelli, Kristov Bakovski, Frantişek Briksius, İoqannes Qoritski, Audun Andre Sandvik və Kristov Bakovski kimi dünyaca məşhur 13 musiqiçi yer alıb. Müsabiqədə dünyanın hər yerindən 18-35 yaş arası skripkaçılar iştirak ediblər.
Münsiflər heyəti nəticələri elan edərkən Elvinin musiqi duyumunu, ifa zamanı səslənmənin dərinliyini, parlaq texnika və əsərlərin xüsusi intepretasiyasını qeyd ediblər. Münsiflər azərbaycanlı musiqiçiyə uğurlar arzulayaraq, onun dünya karyerasına artıq hazır olduğuna əminliklərini bildiriblər.
BAKI. 05.09.2018. AzerTAc.