Banerlər
Xəbərlər

 

SOCAR TÜRKİYƏDƏKİ NEFT EMALI ZAVODUNA RUSİYA NEFTİNİN TƏCHİZATI ÜÇÜN “ROSNEFT”LƏ KONTRAKT İMZALAYIB

SOCAR Türkiyədəki “Star” neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatına dair “Rosneft”lə Kontrakt imzalayıb.

SOCAR-dan bildirilib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt” imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Rosneft”in baş icraçı direktoru İqor Seçin imzalayıb. Kontrakt SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna Rusiya neftinin təchiz olunmasını nəzərdə tutur.

Sənəd bu il avqustun 23-də imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması planlaşdırılır.

“Star” zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanan bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.

Qeyd edək ki, “SOCAR Turkey” şirkətinə məxsus olan “Star” neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığında, Egey dənizinin sahilində yerləşir. “Star” neft emalı zavodunun bu ilin oktyabr ayında istismara verilməsi planlaşdırılır. Zavodun emal gücü ildə 10 milyon ton təşkil edəcək.

BAKI. 03.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010