Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN VƏ RUSİYA NƏQLİYYAT SAHƏSİNDƏ UĞURLA ƏMƏKDAŞLIQ EDİR

Azərbaycan və Rusiya nəqliyyat sahəsində uğurla əməkdaşlıq edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüşüb.

Görüşdə Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın genişlənməsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır.

Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edən iqtisadiyyat naziri bu dəhlizin nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayıb.

Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisinin davam etdiyini bildirən nazir bu layihənin də nəqliyyat və ticarət əlaqələrinin inkişafında, daşımaların artmasında önəmli olacağını qeyd edib.

Rusiyanın nəqliyyat nazirinin müavini Alan Luşnikov Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin uğurlu layihələrdən olduğunu vurğulayıb, hazırda Azərbaycan və Rusiya arasında icrası davam edən nəqliyyat layihələrinə, daşımaların artırılması imkanlarına və nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

BAKI. 08.08.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010