Banerlər
Xəbərlər

 

TƏBİİ QAZ BAZARI KÖKLÜ TRANSFORMASİYA PROSESİNƏ DAXİL OLUR

Təbii qaz bazarı köklü transformasiya prosesinə daxil olur.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Gas 2018” illik hesabatında deyilir.

Bildirilir ki, qaz bazarı köklü transformasiya prosesinə daxil olur və qarşıdakı 5 ildə qlobal qaz bazarında 3 əsas dəyişiklik yaşanacaq: Çin yaxın vaxtda ən böyük qaz idxalçısı olacaq, ABŞ mayeləşdirilmiş təbii qaz (LNG) ixracının 75 faizini reallaşdıracaq, sənaye və elektrik enerjisi istehsalında təbii qaza keçiləcək.

Qlobal qaz tələbatının mərkəzi olan Asiya bazarında tələbatın növbəti 5 il ərzində illik orta hesabla 1,6 faizdən çox olması gözlənilir. Beləliklə də, 2017-ci ildə 3 min 740 milyard kubmetr olan qlobal təbii qaz tələbatı 2023-cü ildə 4 min 100 milyard kubmetrə çatacaq. Bunun da üçdəbirini Çinin tələbatı formalaşdıracaq. Ümumiyyətlə qlobal qaz tələbatının artmasında sənaye əsas rol oynayacaq.

BAKI. 28.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010