Banerlər
Xəbərlər

 

BAKIDA ÇİMƏRLİK FUTBOLU ÜZRƏ AVROPA LİQASI TURNİRİNƏ YEKUN VURULUB

Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqası turnirində III turun oyunları keçirilib.

Turnirin sonuncu oyununda Azərbaycan milli komandası Portuqaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Portuqaliya millisindən Andrade Elinton turnirin ən yaxşı qapıçısı, Leonardo Santos isə ən yaxşı oyunçusu seçilib. Hərəyə 6 qol vuran İsveçrə millisinin üzvləri Dejan Stankoviç və Noel Ott turnirin ən məhsuldar oyunçuları olublar. Müvafiq olaraq birinci və ikinci qrupun qalibi olan Portuqaliya və Ukrayna komandalarına kubok təqdim edilib.

Komandalara mükafatları Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, vitse-prezident Fərid Axundov, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidentinin müavini Gabina Renales veriblər.

BAKI. 25.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010