Banerlər
Xəbərlər

 

İRAQIN NEFT NAZİRİ AZƏRBAYCANA SƏFƏR ETMƏK NİYYƏTİNDƏDİR

İraqın neft naziri Cabbar Əli əl-Layibi yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İraqın neft naziri Cabbar Əli əl-Layibi ilə görüşündə danışılıb.

Görüşdə dünya neft bazarının inkişaf tendensiyaları ilə yanaşı, iki ölkə arasında enerji əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfər edərək neft sektorunun inkişafı ilə yaxından tanış olmaq istəyini ifadə edib.

BAKI. 25.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010