Banerlər
Xəbərlər

 

PREZİDENT İLHAM ƏLİYEV BELARUS TƏHLÜKƏSİZLİK ŞURASININ DÖVLƏT KATİBİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.

Dövlətimizin başçısı bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Moskvada görüşdüyünü məmnunluqla xatırladı və söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldığını dedi. Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu və tərəfdaşlıq əlaqələrinə söykəndiyini vurğulayaraq, əməkdaşlığımızın siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi.

Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik etdi və bunu xalqın dövlət başçısına verdiyi dəstəyin nümayişi kimi dəyərləndirdi. O, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevə əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirdi.

BAKI. 25.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010