Banerlər
Xəbərlər

 

BOKS ÜZRƏ AZƏRBAYCAN YIĞMASI KUTAİSİDƏ KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRDƏ 5 QIZIL VƏ 4 GÜMÜŞ MEDALLA BİRİNCİ OLUB

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.

Komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (91 kq-dan yuxarı) isə ikinci yeri tutublar.

Bu göstərici Azərbaycan yığmasını komanda hesabında birinci sıraya yüksəldib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.

BAKI. 12.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9671
Rusiya rublu
0.0267
Hava proqnozu
+26°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010