Banerlər
Xəbərlər

 

LATVİYA DƏMİR YOLLARI AZƏRBAYCAN DƏMİR YOLLARI İLƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb”, “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra İkitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi aparılıb. “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinş ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

BAKI. 12.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010