Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN CƏNUBİ ÇEXİYA REGİONUNUN TƏRƏFDAŞLARI FORUMUNDA TƏMSİL OLUNUB

Azərbaycanın İsmayıllı rayonu ilə Cənubi Çexiya regionu arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.

Mayın 23-25-də Çexiyada keçirilən Cənubi Çexiya Regionunun Tərəfdaşları Forumunda Azərbaycanı İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Foruma Qərbi Avropa, Çin, Rusiya və digər Asiya ölkələrindən qatılan nümayəndələr Cənubi Çexiya regionunun tərəfdaşları olaraq, bu region ilə gələcək əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Cənubi Qafqaz regionundan ilk olaraq Azərbaycanın İsmayıllı şəhəri Çexiyanın bu regionu ilə tərəfdaşlıq əlaqələri qurub.

Forumda çıxış edən Mirdaməd Sadıqov Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq arenadakı mövqeyi, eləcə də İsmayıllı rayonunun potensialı haqqında ətraflı məlumat verib. Bu ölkənin Cənubi Çexiya regionu ilə tərəfdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud vəziyyətindən və perspektivlərindən ətraflı bəhs edib. Səfir ölkəmizin regionlararası əməkdaşlığa, o cümlədən Cənubi Çexiya regionu ilə İsmayıllı rayonu arasında əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

Daha sonra tədbir çərçivəsində Cənubi Çexiya regionunun Qubernatoru xanım İvana Straska ilə Azərbaycan nümayəndə heyətinin görüşü olub. Söhbət zamanı hər iki ölkənin regionları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşün sonunda ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.

Həmçinin səfər çərçivəsində Cənubi Çexiya regionunda balıqçılıq və tibbi turizm sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, səfər Çexiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafı və dərinləşdirilməsi məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

BAKI. 24.05.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010