Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN ABŞ-DAKI DİASPOR TƏŞKİLATLARI HELSİNKİ KOMİSSİYASININ QƏRƏZLİ DİNLƏMƏLƏRİ İLƏ BAĞLI ETİRAZ BƏYANATLARI YAYIBLAR

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası-Azərbaycan Amerika Qadınlar Assosiasiyası, Azərbaycan Nyu-York Assosiasiyası, Nyu-York Mədəniyyət Mərkəzi, Bakı Bruklin Dostluq Assosiasiyası, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi, “AZZEM” Beynəlxalq Fondu, “My Way” İnkişaf Mərkəzi ABŞ Helsinki Komissiyasının Azərbaycanla bağlı qərəzli dinləmələrinə dair bəyanatlar yayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyanatlarda bildirilir ki, Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdür və atdığı addımları hər hansı fövqəldövlətin marağına görə deyil, məhz öz milli maraqlarına görə müəyyənləşdirir. Azərbaycanın müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, balans siyasətinə üstünlük verməkdə maraqlıdır. Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Bəyanatlarda deyilir: “Biz Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında mövcud olan uzunmüddətli strateji əlaqələri yüksək qiymətləndiririk. Xatırladırıq ki, Azərbaycan 11 sentyabr faciəsindən sonra terrorizmə qarşı mübarizə apararaq ABŞ-ı dəstəkləyən ilk dövlətlərdən biri olub.

ABŞ Hökumətinin etibarlı tərəfdaşı olan Azərbaycan Respublikası ilə mühüm ikitərəfli əlaqələrə zərər verə biləcək istənilən seçici yanaşmanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.

BAKİ. 22.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9671
Rusiya rublu
0.0267
Hava proqnozu
+26°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010