Banerlər
Xəbərlər

 

ELMAR MƏMMƏDYAROV: AZƏRBAYCAN MÜNAQİŞƏNİN TEZLİKLƏ HƏLLİ ÜÇÜN İNTENSİV DANIŞIQLARA HAZIRDIR

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə Azərbaycanda və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

BAKİ. 16.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010