Banerlər
Xəbərlər

 

SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ DAĞISTANDA 3 MEDAL QAZANIBLAR

Dağıstanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

Yığma komandamızın üzvləri turniri 2 qızıl və 1 gümüş medalla başa vurublar.

Hacımurad Hacıyev (70 kq), İbrahim Yusubov (79 kq) və Aslanbek Alborov (92 kq) finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə Hacımurad Hacıyev yerli idmançı Abdulqadji Maqomedovu gərgin keçən görüşdə üstələyib və qızıl medal qazanıb. Digər qızıl medalı yığmamıza finalda Özbəkistan idmançısı Rəşid Qurbanovu tam üstünlüklə məğlub edən İbrahim Yusubov qazandırıb. Yalnız final görüşündə məğlub olan Aslanbek Alborov isə gümüş medalla kifayətlənib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şərifov və Babək Allahverdiyev təmsil ediblər.

BAKİ. 16.05.2018. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010