Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN İLƏ AVROPA İTTİFAQI ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFINA DAİR FİKİR MÜBADİLƏSİ APARILIB

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bir daha vurğulayıb və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.

Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair Avropa İttifaqının mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BAKİ. 15.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010