Banerlər
Xəbərlər

 

HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ KEÇİRİLƏN “BAKI MARAFONU 2018”İN QALİBİ MÜƏYYƏNLƏŞİB

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”in qalibi müəyyənləşib.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu 1 saat 6 dəqiqəyə qət edən Ukrayna vətəndaşı İqor Olefirenko birinci olub. Finişə iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü çatıb.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

BAKİ. 14.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010