Banerlər
Xəbərlər

 

İSTANBULDAKI HEYDƏR ƏLİYEV PARKINDA KEÇİRİLƏN ƏDƏBİYYAT TƏDBİRİNDƏ AZƏRBAYCAN BÖLMƏSİ YARADILIB

İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında VII Sarıyer Ədəbiyyat Günlərinin açılışı olub.

Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair nəşrlərdən ibarət bölmə yaradılıb.

Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən qurulan bölmədə ulu öndər Heydər Əliyevə, eləcə də Cümhuriyyətimizə dair müxtəlif dillərdə, həmçinin türk dilində çap olunan nadir əsərlər nümayiş etdirilir.

Mayın 13-dək davam edəcək tədbir başa çatandan sonra kitablar oxuculara hədiyyə olunacaq.

BAKİ. 14.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010