Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN DİASPOR TƏŞKİLATI ALMANİYA TƏŞKİLATLARI FEDERAL BİRLİYİNƏ ÜZV OLUB

Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi Almaniya Təşkilatları Federal Birliyinə üzv qəbul olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təşkilata üzvlükdən sonra Mərkəz ilk dəfə Almaniya Təşkilatları Federal Birliyinin toplantısında iştirak edib. Azərbaycan diaspor təşkilatı ilə yanaşı, iclasda Almaniyanın Bavariya Əyalətinin Münxen və digər şəhərlərindəki polyak, portuqal, fransız, türk, Eritreya, Braziliya, yəhudi və əfqan icmalarının rəhbərləri, Münxen şəhər meriyasının nümayəndələri iştirak ediblər.

İclasda əyalətdəki müxtəlif icmalarla bağlı məlumat verilib, onların problemləri, yerli cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan çətinliklər və digər mövzularla bağlı geniş müzakirələr aparılıb.

Toplantıda çıxış edən Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov birlikdə təmsil olunmasından məmnunluğunu ifadə edib və ölkəmizlə bağlı iştirakçılara geniş məlumat verib. O, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi, Xocalı faciəsi, eləcə də Azərbaycanın dövlətçilik ənənələri, Xalq Cümhuriyyətinin 100 illik yubileyi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xidmətləri barədə ətraflı danışıb.

Səttar Kərimovun çıxışından sonra müxtəlif icmaların rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini səsləndiriblər, gələcək qarşılıqlı əməkdaşlıq haqqında fikirlərini bölüşüblər.

BAKİ. 11.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010