Banerlər
Xəbərlər

 

STOKHOLMDA AZƏRBAYCAN MUSİQİSİ VƏ MƏDƏNİYYƏTİ NÜMAYİŞ OLUNUB

Azərbaycan diaspor fəalları Stokholmda Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan tədbir çərçivəsində ölkəmizin musiqisini və mədəniyyətini nümayiş etdiriblər.

Tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub.

Tədbirdə konsert proqramı ilə yanaşı, müxtəlif türkdilli ölkələrin nümayəndələrinin iştirakı ilə bayram yarmarkası da keçirilib. Yarmarkada türkdilli ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, milli geyimlərini, adət-ənənələrini nümayiş ediblər.

Ölkəmizi yarmarkada İsveç-Azərbaycan Federasiyası təmsil edib. Təşkilat ölkəmizlə bağlı sualları cavablandırıb və əlavə məlumat verib. İştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti haqqında informasiya bukletləri, kitablar paylanılıb, habelə ölkəmizdə istehsal olunan məhsullar və milli musiqi alətləri nümayiş olunub.

Tədbirin konsert proqramında müxtəlif ifaçılar, gənc musiqiçilər və uşaq rəqs qrupları çıxış ediblər. İsveç-Azərbaycan Federasiyasının dəvəti ilə tədbirdə iştirak edən sənətçi Taleh Yahyayev milli və bəstəkar mahnıları ifa edib.

BAKİ. 27.04.2018. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010