Banerlər
Xəbərlər

 

BAKIDA AVROPA ÇEMPİONATININ SON QALİBLƏRİNİN ADI AÇIQLANIB

Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının son qalibləri müəyyənləşib.

İkili-mini batut növündə gənclər və böyüklər arasında qaliblərin adı açıqlanıb.

Gənc oğlanların yarışında Böyük Britaniya təmsilçisi Royan Dibayn birinci, rusiyalı Timafeyn Lazutin ikinci, portuqaliyalı Enrike Moreyra üçüncü olub.

Kişilərin yarışında rusiyalı Vasiliy Makarskiy birinci, isveçli Yonans Nordfors ikinci, portuqaliyalı Diego Qalbaro isə üçüncü yerə çıxıb.

Tamblinq üzrə qızların yarışında rusiyalı Diana Bratkova Avropa çempionatının qızıl medalına layiq görülüb. Böyük Britaniyalı Cesika Breyn gümüş, onun həmyerlisi Keytlin Laffert isə üçüncü olub.

Oğlanların tamblinq yarışında Belarus təmsilçisi İvan Litfinoviç qızıl, böyük britaniyalı gimnast Kori Volks gümüş və onun həmyerlisi Edriyu Stamp bürünc medal qazanıb.

Qadınların tamblinq yarışında Böyük Britaniya gimnastı Lusie Kolbeq birinci və onun həmyerlisi Meqan Kelli ikinci, rusiyalı Viktoriya Danilenko isə üçüncü olub.

Batut üzrə gənclər arasında sinxron cütlüklərin yarışında birinci yerə belarusiyalı Sebastyan Stankeviç və Andrey Bulov çıxıb. Avropa çempionatının gümüş medalını portuqaliyalı Martins Qousalo və Ruben Tavareş qazanıb. Fəxri kürsünün üçüncü pilləsində Hollandiya təmsilçiləri Maykl Abraxams və Lük Svinkels yer alıblar.

Batut gimnastikası üzrə kişilər arasında sinxron cütlüklərin yarışında birinci yerə Belarus təmsilçiləri Alex Rabtsau və Vladislav Qançirov çıxıblar. İkinci yerin sahibi rusiyalı gimnastlar Mixal Melnik və Serqey Azaryan olub. Fəxri kürsünün üçüncü pilləsinə isə fransalı Pier Qolcou və Farux Coşua cütlüyü qalxıb.

BAKI. 16.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9657
Rusiya rublu
0.0269
Hava proqnozu
+37°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010