Banerlər
Xəbərlər

 

BAKIDA BATUT GİMNASTİKASI, İKİLİ MİNİ-BATUT VƏ TAMBLİNQ ÜZRƏ 26-CI AVROPA ÇEMPİONATI DAVAM EDİR

Azərbaycanda ilk dəfə keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı davam edir.

Aprelin 13-də - çempionatın ikinci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallar keçiriləcək.

Batut gimnastikası üzrə böyüklərin yarışında Azərbaycan təmsilçisi İlya Qrişunin, Ruslan Ağamirov, qadınların mübarizəsində isə Veronika Zemlyanaya və Svetlana Makştarova məharətlərini göstərəcəklər. İkili mini-batut üzrə yeniyetmələrin yarışında oğlanlardan Tofiq Əliyev, qızlardan isə Selcan Maqsudova bacarıqlarını nümayiş etdirəcəklər.

Avropa çempionatında yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya əldə edə biləcəklər.

BAKI. 13.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010