Banerlər
Xəbərlər

 

“WORLD PRESS PHOTO” BEYNƏLXALQ MÜSABİQƏSİNİN QALİBİ MƏLUM OLUB

“World Press Photo” müsabiqəsinin münsiflər heyəti 2018-ci ilin qalibini elan edib. Nüfuzlu beynəlxalq müsabiqənin qalib və mükafatçılarının elan edilməsi mərasimi Amsterdamda keçirilib.

Mükafata venesuelalı fotoqraf Ronaldo Şemidta layiq görülüb.

Qalib fotoda ötən il mayın 3-də Karakasda nümayişlər zamanı yanaraq qaçan əleyhqazlı, 28 yaşlı Xose Viktor Salasar Balsa əks olunub. Onun paltarı yaxınlıqdakı motosikletin yanacaq çəninin partlaması nəticəsində yanıb. Yanıq xəsarətləri ilə hospitala yerləşdirilən Balsaya orada lazımi tibbi yardım göstərilib.

Bu il müsabiqəyə 125 ölkədən 4,5 min fotoqrafın çəkdiyi 73 mindən çox foto təqdim edilib.

Qeyd edək ki, “World Press Photo” 1955-ci ildən keçirilir və bu işlə məşğul olan fotoqrafların nüfuzlu beynəlxalq müsabiqəsidir.

BAKI. 13.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0981
Rusiya rublu
0.0279
Hava proqnozu
+13°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010