Banerlər
Xəbərlər

 

İSTANBULDA XXI AVRASİYA İQTİSADİ ZİRVƏSİ İŞƏ BAŞLAYIB

Aprelin 11-də İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.

Tədbirdə bir sıra ölkələrdən hazırkı və keçmiş dövlət və hökumət başçıları, eləcə də Azərbaycan və Türkiyədən rəsmi şəxslər, həmçinin nazirlər, səfirlər, tanınmış alimlər, QHT və KİV rəhbərləri iştirakı edirlər.

Rəsmi açılışda Türkiyənin Baş naziri Binəli Yıldırım, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Makedoniya Respublikasının Prezidenti George İvanov, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və başqaları çıxış ediblər.

İki gün ərzində toplantıda müasir dünyanın aktual problemləri müzakirə olunacaq.

XXI Avrasiya İqtisadi Zirvəsinə AZƏRTAC da informasiya dəstəyi göstərir.

BAKI. 12.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9657
Rusiya rublu
0.0269
Hava proqnozu
+37°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010