Banerlər
Xəbərlər

 

DÜNYANIN ARTIQ NEFT EHTİYATLARI İKİ-ÜÇ AYDAN SONRA YOX OLA BİLƏR

Dünyanın artıq neft ehtiyatları iki-üç aydan sonra yox ola bilər.

“Bloomberg”ə istinadla xəbər verir ki, bunu Beynəlxalq Energetika Agentliyinin (BAE) neft sektoru və bazarları şöbəsinin rəhbəri Nil Atkinson bildirib.

BAE-nin eksperti deyib: “Zaman keçdikcə neft ehtiyatları azalmağa başladı. Tam aydın olur ki, artıq beşillik orta göstərici görünməkdədir. Bu, neft ehtiyatlarının doğrudan da beşillik səviyyəsinə çatmasından iki-üç ay öncə, yaxud buna yaxın müddətdə baş verə bilər”.

N.Atkinson onu da əlavə edib ki, ABŞ və Çin arasında qarşıdurmanın ticarət müharibəsinə çevriləcəyi təqdirdə dünyada neftə olan tələbat azala bilər.

BAKI. 12.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010