Banerlər
Xəbərlər

 

BRÜSSELDƏ YAŞAYAN AZƏRBAYCANLILAR HƏMRƏYLİK AKSİYASI KEÇİRİBLƏR

Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Brüssel şəhərində ölkəmizin Belçika Krallığındakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında bu ölkədə yaşayan azərbaycanlıların həmrəylik aksiyası keçirilib.

Aksiyada iştirak edən soydaşlarımız Avropada yaşayan azərbaycanlıların öz tarixi vətənlərinin milli maraqlarını hər zaman müdafiə etdiklərini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan iqtisadi və hərbi gücü, yüksələn beynəlxalq nüfuzu hər bir azərbaycanlıda qürur hissi doğurur. Bildirilib ki, bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, xalqımızın və dövlətimizin mənafeləri qorumaq üçün həmrəylik nümayiş etdirir. Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qrupların ölkənin imicini ləkələməyə istiqamətlənən fəaliyyətini pisləyib. Bir qrup vətənpərvərlik hislərindən məhrum şəxsin heç bir etik çərçivə gözləmədən dövlətin ünvanına söylədiyi təhqirlərin milli-mənəvi dəyərlərimizə laqeydliyin təzahürü kimi qiymətləndirən soydaşlarımız bu insanların azərbaycanlılar adından danışmaq haqqı olmadığını vurğulayıblar. Aksiyada “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.

Daha sonra aksiya iştirakçıları Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində yaradılmış məntəqə seçki komissiyasında olublar. Azərbaycan diasporunun üzvlərinə seçkiyə hazırlıq prosesi, seçki məntəqəsində yaradılmış şəraitlə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatlarına uyğun olaraq seçki məntəqəsində seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

BAKI. 09.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9322
Rusiya rublu
0.0256
Hava proqnozu
+11°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010