Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ QOŞULMAMA HƏRƏKATININ BAKI KONFRANSI ÇƏRÇİVƏSİNDƏ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının nazirlər konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Krnadak və İraqın xarici işlər nazirinin müavini Said Şorş Xalid ilə görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə Azərbaycan ilə bu ölkələr arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparıldı. Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkil edildiyini vurğulayan qonaqlar Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə etdilər. Onlar Bakı toplantısının beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliklərini bildirdilər.

BAKI. 06.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9657
Rusiya rublu
0.0269
Hava proqnozu
+37°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010