Banerlər
Xəbərlər

 

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ SƏDRİ MƏZAHİR PƏNAHOV PREZİDENTLİYƏ NAMİZƏDLİK VƏSİQƏSİNİ İLHAM ƏLİYEVƏ TƏQDİM EDİB

Martın 5-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırdı və namizədlik vəsiqəsini ona təqdim etdi.

Dövlətimizin başçısı qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi, Mərkəzi Seçki Komissiyasının işinə uğurlar arzuladı.

Seçkilərə hazırlıq işlərinin lazımi səviyyədə həyata keçirildiyini vurğulayan Məzahir Pənahov seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün şəraitin yaradılması ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının konstitusion hüquqlarının qarantı kimi Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

BAKI. 06.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9671
Rusiya rublu
0.0267
Hava proqnozu
+26°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010