Banerlər
Xəbərlər

 

YENİYETMƏ CÜDOÇULARIMIZ AVROPA KUBOKU YARIŞLARINDA UĞURLA ÇIXIŞ EDİBLƏR

Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları başa çatıb. Beynəlxalq turnirin sonuncu günündə - martın 4-də millimiz hesabına daha üç medal yazdırıb.

Oğlanların mübarizəsində İbrahim Ağakişiyev (81 kq), Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (90 kq-dan yuxarı) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər.

Yarışın ilk günü millimizin üzvləri Vüsalə Kərimova (44 kq) qızıl, Səbinə Əliyeva (48 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar.

BAKI. 05.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010