Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN ATLETİ DÜNYA ÇEMPİONATINDA DÖRDÜNCÜ OLUB

Martın 4-də Böyük Britaniyanın Birmingem şəhərində qapalı məkanlarda atletika üzrə dünya çempionatına yekun vurulub.

Üçtəkanla tullanma yarışlarında çıxış edən Azərbaycan atleti Aleksis Kopelo 17,17 metr nəticə ilə dördüncü olub.

Yarışın qalibi adını 17,43 metr nəticə göstərən ABŞ atleti Uill Kley qazanıb. Braziliyalı Almir Dos Santos mundialı ikinci, Portuqaliya təmsilçisi Nelson Evor isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, ötən il Londonda təşkil olunan dünya çempionatını atletimiz beşinci pillədə başa vurmuşdu.

BAKI. 05.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0006
Rusiya rublu
0.0275
Hava proqnozu
+26°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010