Banerlər
Xəbərlər

 

BƏƏ-NİN “ETİHAD” HAVA YOLLARI ƏBU-DABİDƏN BAKIYA BİRBAŞA UÇUŞLARA BAŞLAYIB

Dünyanın beş aparıcı aviaşirkətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti bu gündən ilk dəfə Əbu-Dabi-Bakı marşrutu ilə birbaşa uçuşlara başlayıb.

Ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov “Etihad Airways” hava yolları şirkətinin prezidenti və baş direktoru Peter Baumqartner və BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl Qubaisi ilk Əbu-Dabi-Bakı birbaşa uçuşunun açılışına həsr olunmuş mərasimdə iştirak ediblər. Qonaqlar marşrut üzrə ilk təyyarə ilə artıq Bakıya yola düşüblər və Bakıda keçiriləcək tədbirdə iştirak edəcəklər.

Qeyd edək ki, Əbu-Dabi-Bakı marşrutu üzrə uçuşlar cümə, şənbə və çərşənbə günləri həyata keçiriləcək, daha sonra isə uçuşların sayı artırılacaq.

BAKI. 02.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010