Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN İLƏ BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİ ARASINDA ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, BQXK tərəfindən Azərbaycana göstərilmiş dəstək və yardımlar yüksək qiymətləndirilərək Komitənin ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olduğu diqqətə çatdırılıb.

Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün humanitar aspektlərinə toxunaraq 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini diqqətə çatdırıb. Nazir Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsi, Suriyadan olan ermənilərin həmin ərazilərdə yerləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər həyata keçirməklə beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayıb.

Həmçinin BQXK-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasının cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi humanitar dəstəyi, eyni zamanda, itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması kimi fəaliyyəti təqdir olunaraq gələcəkdə səmərəli qarşılıqlı əməkdaşlıq çərçivəsində bu kimi səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

BAKI. 28.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010