Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN MƏHSULLARI BERLİNDƏ "FRUIT LOGISTICA" SƏRGİSİNDƏ NÜMAYİŞ OLUNUR

ccc

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 9-dək davam edəcək sərgidə dünyanın 80-dan çox ölkəsindən olan 3000-dən çox şirkətin məhsulları nümayiş olunur.

Sərginin Azərbaycana aid pavilyonlarında Azərbaycan şirkətlərinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə sərginin ziyarətçilərinə təqdim edilir.

Qeyd edək ki, "Fruit Logistica" sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərində Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, sərgidə "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.

BAKI. 08.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010