Banerlər
Xəbərlər

 

KARATEÇİLƏRİMİZ AVROPA ÇEMPİONATINDA DÖRD QIZIL MEDAL QAZANIBLAR

Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır.

Yarışın sonuncu günündə 21 yaşadək gənclərin mübarizəsində Hüseyn Əliyev (67 kq) qitə çempionu olub. Murad Hacızadə (84 kq) isə ardıcıl ikinci dəfə Avropa üçüncülüyünü qazanıb.

Yarışın ilk günü Tale Yaqubov (63 kq) və Polina Hurenko (47 kq), ertəsi gün 16-18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (61 kq) qızıl medala sahib olub. Mədinə Sadıxova (48 kq) isə gümüş medala layiq görülüb. Roman Heydərov (kata), Aytac Əliyeva (55 kq) və Fəridə Əliyeva (67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, nəticədə medalsız qalıblar.

Qırx dörd ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub.

BAKI. 06.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9423
Rusiya rublu
0.0253
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010