Banerlər
Xəbərlər

 

ANKARADA “QARA QARAYEV İLİ”NİN AÇILIŞ KONSERTİ OLACAQ

Fevralın 15-də Ankara şəhərində böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə böyük konsert proqramı təşkil ediləcək.

TÜRKSOY-un katibliyinə istinadla xəbər verir ki, konsert “Qara Qarayev ili” çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, TÜRKSOY-un qərarı ilə 2018-ci il “Qara Qarayev ili” elan olunub.

BAKI. 06.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010