Banerlər
Xəbərlər

 

DANİMARKADAKI AZƏRBAYCAN VƏ TÜRK DİASPORU “ZEYTUN BUDAĞI” ƏMƏLİYYATINA DƏSTƏK AKSİYASI KEÇİRİB

Danimarkadakı Azərbaycan, türk və türkmən diasporu Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatına dəstək aksiyası keçirib.

Skandinaviya Türk Federasiyası tərəfindən təşkil olunan və müxtəlif diaspor təşkilatlarının qatıldığı aksiya Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında baş tutub. Ölkəmizi tədbirdə Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin fəalları təmsil ediblər.

Şəhidlərin əziz ruhunu bir dəqiqəlik sükutla yad edən mərasim iştirakçıları Türkiyəyə müxtəlif dəstək şüarlarını səsləndiriblər. Aksiyanın əsas məqsədi “Zeytun budağı” antiterror əməliyyatına dəstək olmaqla yanaşı, PKK terror təşkilatının fəaliyyətinə və bu qruplaşmanın üzvlərinin Türkiyənin Danimarkadakı səfirliyi önündə keçirdikləri aksiyaya etiraz etmək olub.

Aksiyada çıxış edən Türkiyənin Danimarkadakı səfiri Uğur Kenan İpek aparılan hərbi əməliyyat, onun məqsədləri və gedişi barədə məlumat verib. Verilən dəstəyə görə tədbir iştirakçılarına minnətdarlığını bildirən səfir Türkiyənin Suriya ilə sərhəddəki Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatının yalnız beynəlxalq terrorizmlə mübarizə aparmaq məqsədi daşıdığını xüsusi qeyd edib.

Digər çıxış edənlər türk xalqlarının birliyinin və həmrəyliyinin vacibliyini bildiriblər.

BAKI. 05.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010