Banerlər
Xəbərlər

 

BAKI NÖVBƏTİ BEYNƏLXALQ CAZ FESTİVALINA EV SAHİBLİYİ EDƏCƏK

Oktyabrın 14-dən 28-dək Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək.

Ənənəyə çevrilmiş festival Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.

Azərbaycanda cazın böyük tarixi var. Hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi ilə ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın cazı musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Dövlət müstəqilliyimizin bərpa edilməsi bu musiqinin inkişafı üçün də geniş imkanlar açıb. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.

Xatırladaq ki, keçən il Bakı Caz Festivalı “European Jazz Network” təşkilatının üzvü olub. BAKI. 05.02.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9906
Rusiya rublu
0.0276
Hava proqnozu
+28°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010