Banerlər
Xəbərlər

 

FUTZAL ÜZRƏ AZƏRBAYCAN MİLLİSİ AVROPA ÇEMPİONATINA HAZIRLIQ MƏQSƏDİLƏ TƏLİM-MƏŞQ TOPLANIŞI KEÇİRƏCƏK

Yanvarın 10-dan 27-dək Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Toplanış Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədi daşıyır.

AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva toplanışa Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardoso, Ramiz Çovdarov, Thiaqo Teles Martins, İsa Atayev, Anar Məmmədov, Xətai Bağırov (hamısı “Araz”), Samir Həmzəyev, Emin Kürdov, Namiq Məmmədkərimov (hər üçü EKOL), Villiams Oliveira Do Nascimento “Vassoura” (“Al Dhafra”, Birləşmiş Ərəb Əmirlikləri), Fineo de Araujo (“Agleymina Hamamatsu”, Yaponiya) və Vitali Borisovu (“Ekonomaç”, Serbiya) dəvət edib.

Vitali Borisov, Fineo de Araujo və Villiams Oliveira Do Nascimento “Vassoura” komandaya yanvarın 18-də qoşulacaq.

BAKI. 10.01.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9729
Rusiya rublu
0.0257
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010