Banerlər
Xəbərlər

 

UEFA AZƏRBAYCANIN DÖRD KLUBUNUN HESABINA MALİYYƏ VƏSAİTİ KÖÇÜRÜB

UEFA Çempionlar və Avropa liqalarının 2016-2017-ci il mövsümündə “Fair Play” qaydalarının pozulması nəticəsində tətbiq edilən cərimə sanksiyalarından toplanan vəsait digər klublar arasında bölüşdürülüb.

Vəsaitin bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80 faiz, təsnifat mərhələsində çıxış edən klublar üçün 20 faiz nəzərdə tutulub.

UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan klublarının hesabına müvafiq qaydada köçürülüb. Ötən mövsüm Avroliqanın qrup mərhələsində yarışan Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Qəbələ” klublarının hər biri 78 min 300 avro, təsnifat mərhələsində mübarizəni dayandıran “Neftçi” və “Kəpəz” isə hərəyə 8540 avro əldə ediblər.

BAKI. 09.01.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0948
Rusiya rublu
0.0302
Hava proqnozu
+8°
 / +3°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010