Banerlər
Xəbərlər

 

BAKIDA “İRS. İSLAM HƏMRƏYLIYI INCƏSƏNƏTDƏ” ADLI SƏRGI AÇILACAQ

Dekabrın 7-dən 12-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qalereya 1969”da “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi açılacaq.

Sərgi ölkəmizdə elan olunmuş “İslam həmrəyliyi İli” çərçivəsində təşkil ediləcək.

“Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olub. Bu, Azərbaycan mədəniyyəti və incəsənətində də dərin izlər qoyub. İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi dini memarlığın nümunələri olduğu kimi, Azərbaycan rəssamlarının XX əsrdə yaratdıqları nadir sənət inciləri də İslam mədəniyyətini özündə əks etdirən dünyəvi incəsənətin bariz örnəkləridir. Sovet İttifaqı dövründə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə yaradılan, İslam dini təsəvvürlərini və mədəniyyətini əks etdirən təsviri sənət nümunələri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda xüsusi kolleksiya təşkil edir”, - deyə təşkilatçılar bildirir.

Sərgi bu incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği məqsədilə keçirilir.

BAKI. 06.12.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0116
Rusiya rublu
0.0290
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010