Banerlər
Xəbərlər

 

TBİLİSİDƏ AVROPA İTTİFAQININ PARLAMENT KONFRANSI İŞƏ BAŞLAYIB

Dekabrın 4-də Tbilisidə “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə 17 ölkənin təmsilçiləri iştirak edirlər. Azərbaycanı bu konfransda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edir.

Konfransda əsasən Avropa İttifaqının xarici siyasəti və Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər müzakirə olunacaq.

Gürcüstan parlamentinin sədri İrakli Kibaxidze konfransı açaraq Avropa İttifaqı ilə əməkdaşlığın perspektivlərindən, Gürcüstan parlamentinin qəbul etdiyi qanunlardan, avrointeqrasiya sahəsində və Aİ ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili konfransda çıxış edərək ölkəsinin bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Konfransda Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

BAKI. 04.12.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0116
Rusiya rublu
0.0290
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010